Qruşko Arktika əməkdaşlığının vacibliyini vurğulayıb
Rusiya Arktikada konstruktiv əməkdaşlığa açıq olduğunu və Arktika Şurasının fəaliyyətinin tam bərpa olunmasına çağırış edib.
Crossmedia.az xəbər verir ki, bu məlumatı Rusiya diplomatı Aleksandr Qruşko yayıb.
Qruşko Arktika Şurasını yüksək enliklərdə əsas çoxtərəfli platforma adlandıraraq Rusiyanın gündəliyinin bu çərçivədə irəlilədilməsinin vacibliyini vurğulayıb.
O qeyd edib ki, bu proses həm Rusiya, həm də Şimal, Sibir və Uzaq Şərqin yerli xalqlarını təmsil edən təşkilatlar üçün önəmlidir.
Açıqlama Rusiyanın Yerli Xalqlar Gününə həsr olunmuş tədbirdə səsləndirilib.
17:13 12.05.2026
Oxunuş sayı: 51