II Qaregin Samvel Karapetyana mənəvi dəstək verib
Bütün ermənilərin katolikosu II Qaregin ev dustaqlığında olan Samvel Karapetyanı ziyarət edib və ona davam edən məhkəmə prosesləri ilə bağlı möhkəm dayanmağı arzulayıb.
Crossmedia.az xəbər verir ki, görüş zamanı katolikos Karapetyana dəstək ifadə edib və onun hüquqi prosesləri ilə bağlı mövqeyini bildirib.
Məlumata görə, II Qaregin onun qarşılaşdığı vəziyyətin çətin olduğunu qeyd edərək, mənəvi dəstək nümayiş etdirib.
Samvel Karapetyan isə Ermənistanda tanınmış biznesmen kimi fəaliyyət göstərir.
18:02 12.05.2026
Oxunuş sayı: 44