Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
Birləşmiş Krallıq Ermənistan seçkilərinə müdaxilə və Ukraynada “demokratiyanı sarsıtmaq” iddiaları ilə bağlı Rusiya təşkilatlarına və təxminən 50 rusiyalı şəxsə qarşı sanksiyalar tətbiq edib.
Crossmedia.az xəbər verir ki, Britaniya hökumətinin açıqlamasına əsasən, Moskvada yerləşən “Sosial Planlaşdırma Agentliyi”nin Ermənistanda rusiyayönlü təşkilatlar yaratmağa və siyasi kampaniyalar təşkil etməyə cəhd etdiyi iddia olunur.
Məlumata görə, bu fəaliyyətlərin məqsədi Ermənistan daxilində siyasi proseslərə təsir göstərmək və rusiyayönlü qüvvələri gücləndirmək olub.
17:47 12.05.2026
Oxunuş sayı: 42