Hakan Fidan İsraili “otaqdakı fil” adlandırdı
Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin regiondakı siyasətini tənqid edib və onu “otaqdakı fil” adlandırıb.
Crossmedia.az xəbər verir ki, Fidan beynəlxalq ictimaiyyətin sülh, diplomatiya və həll yolları üzərində çalışdığı bir vaxtda İsrailin əksinə, zorakılıq və ekspansionizm siyasəti apardığını bildirib.
Türkiyə XİN rəhbərinin sözlərinə görə, İsrailin addımları artıq yalnız regional təhlükəsizlik məsələsi deyil, qlobal çağırış xarakteri daşıyır.
Fidan qeyd edib ki, bölgədə artan gərginlik beynəlxalq ictimaiyyət tərəfindən ciddi şəkildə qiymətləndirilməlidir.
17:10 12.05.2026
Oxunuş sayı: 55