Zelenskinin keçmiş mətbuat katibi bu siyahıya salınıb
Ukrayna Prezidenti Volodimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel hakimiyyəti tənqid etdikdən sonra mübahisəli siyahıya daxil edilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Mendel "Myrotvorets" adlı məlumat bazasında yer alıb. Bu platforma ictimai şəxslər barədə məlumatların toplandığı və tez-tez siyasi mübahisələrə səbəb olan siyahı kimi tanınır.
Hadisə Mendelin son açıqlamalarında Ukrayna hakimiyyətinin fəaliyyətini tənqid etməsindən sonra baş verib. Məsələ ölkə daxilində və beynəlxalq ictimaiyyətdə yeni müzakirələrə səbəb olub.
17:33 12.05.2026
Oxunuş sayı: 45