Bu ölkədə vizasız turistlər üçün qalma müddəti azaldılıb
Tailand hökuməti immiqrasiya nəzarətini gücləndirmək və turist qaydalarında dəyişiklik etmək qərarı verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qərara əsasən, ölkəyə vizasız giriş hüququ olan turistlərin qalma müddəti məhdudlaşdırılaraq 30 günlərlə müəyyən ediləcək.
Rəsmi açıqlamaya görə, bu addımın məqsədi immiqrasiya sistemində nəzarəti artırmaq və turist axınının daha effektiv tənzimlənməsini təmin etməkdir. Yeni qaydaların tətbiq tarixi ilə bağlı əlavə detallara yaxın günlərdə aydınlıq gətiriləcəyi gözlənilir.
16:47 12.05.2026
Oxunuş sayı: 52