Panama kanalı ilə neft daşımalarında REKORD ARTIM olub
Panama kanalı vasitəsilə neft və neft məhsullarının daşınmasında kəskin artım qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, "Nikkei"nin məlumatına görə, bu artım Hörmüz boğazındə yaranmış blokada nəticəsində gəmi axınının pozulması ilə əlaqələndirilir.
Hesabata əsasən, 2025-ci ilin aprel ayında Panama kanalı ilə gündəlik neft və neft məhsulları daşımaları 1,77 milyon barelə qədər yüksəlib. Bu göstərici 2013-cü ildən bəri qeydə alınan ən yüksək səviyyə hesab olunur.
Məlumatda bildirilir ki, xüsusilə ABŞ-nin Şərq Sahilindən Asiya ölkələrinə neft tədarükü kəskin şəkildə artıb. Bu dəyişiklik Fars körfəzindən daşımaların azalması fonunda baş verib.
Bundan əlavə, Yaponiya istiqamətində Panama kanalı üzərindən neft və neft məhsulları daşımalarının 2025-ci il səviyyəsi ilə müqayisədə beş dəfədən çox artdığı qeyd olunub.
16:40 12.05.2026
Oxunuş sayı: 49