Simonyan Rusiya ilə münasibətlərdən danışıb
Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya ilə münasibətlərdə yaranan gərginliyə münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, Ermənistan KİV-lərinin yaydığı məlumata görə, Simonyan Moskva ilə münasibətləri “boşanma” ilə müqayisə edən fikirlərə ironik cavab verib.
“Rusiya Federasiyasından boşanmaq fikrində deyilik, uşaqları da bölmək fikrində deyilik”, – deyə Ermənistan parlamentinin sədri bildirib.
O qeyd edib ki, Moskva tez-tez “Rusiyada Ermənistanın özündən daha çox erməni yaşayır” və ya “Rusiya olmasaydı Ermənistan dövlət kimi mövcud olmazdı” kimi fikirlər səsləndirir. Simonyan isə bu yanaşmanın məntiqini sual altına alıb.
Erməni siyasətçi Moskva ilə İrəvan arasında mövcud fikir ayrılıqlarının siyasi prosesin bir hissəsi olduğunu vurğulayıb.
“Bu siyasətdir. Onlar öz mövqelərini bildirəcəklər, biz də öz fikrimizi deyəcəyik, sonra oturub müzakirə aparacağıq. Bu, evlənmək və ya boşanmaq deyil”, – deyə Simonyan əlavə edib.
16:25 12.05.2026
Oxunuş sayı: 60