Yəmən İsrailə PUA hücumu edib
Yəmən istiqamətindən İsrail ərazisinə doğru kamikadze tipli pilotsuz uçuş aparatının (PUA) buraxıldığı bildirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
İsrail Ordusu Radiosunun məlumatına görə, ordu PUA-nın hansı mənbədən buraxıldığını araşdırır. İlkin qiymətləndirmələrə əsasən, aparatın İraq, Yəmən və ya İran ərazisindən buraxılmış ola biləcəyi ehtimal edilir.
Məlumata görə, bu hadisə son gərginliklərin azalmasından sonra Eylat bölgəsində hava hücumundan müdafiə sistemlərinin ilk dəfə aktivləşməsi kimi qiymətləndirilir.
İvritdilli 12-ci kanal isə bildirib ki, ilkin qiymətləndirmələrə əsasən, hücumun Ənsar Allah tərəfindən həyata keçirildiyi və Eylat istiqamətinə iki PUA göndərildiyi ehtimal olunur.
Hadisə ilə bağlı rəsmi araşdırma davam edir.
16:10 12.05.2026
Oxunuş sayı: 46