ABŞ və Pakistan İran məsələsində sərt xəttə keçir
ABŞ prezidenti Donald Tramp İranla aparılan danışıqların gedişindən getdikcə daha çox narazıdır və Vaşinqtonda hərbi variantların yenidən gündəmə gətirilməsi müzakirə olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı "Middle East Eye" nəşri yayıb.
Məlumata görə, Pentaqon daxilində bəzi rəsmilər iranlıları yenidən danışıqlar masasına qaytarmaq üçün daha aqressiv addımları, o cümlədən hədəfli zərbələri dəstəkləyirlər.
Nəşr bildirir ki, Trampın yaxın çevrəsi Pakistan vasitəçilərinin Tehranla daha açıq və sərt danışmasını istəyir. ABŞ rəsmilərinin bir hissəsi isə İslamabadın Vaşinqtonun narazılığını İrana kifayət qədər aydın çatdırıb-çatdırmadığına şübhə edir.
Məlumata əsasən, Pakistan və digər regional ölkələr İran tərəfinə Trampın ciddi şəkildə məyus olduğunu və bunun “diplomatiya üçün son şans” sayıldığını çatdırmağa çalışıblar.
15:34 12.05.2026
Oxunuş sayı: 50