SEPAH-dan Hörmüz boğazı ilə bağlı yeni açıqlama
SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin siyasi məsələlər üzrə müavini Məhəmməd Əkbərzadə Hörmüz boğazı ilə bağlı yeni açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Əkbərzadə bildirib ki, yeni strateji plan çərçivəsində Hörmüz boğazı İran üçün daha geniş hərbi və təhlükəsizlik zonası kimi qiymətləndirilir. Onun sözlərinə görə, bu yanaşma ilə boğazın əhatə dairəsi genişləndirilərək Cask və Siri sahillərindən başlayıb böyük adaların o tayına qədər uzanan bir bölgə kimi nəzərdən keçirilir.
SEPAH rəsmisi vurğulayıb ki, İran bölgədə baş verən bütün prosesləri diqqətlə izləyir və təxribat hesab edilən istənilən addıma sərt cavab verməyə hazırdır.
O əlavə edib ki, Hörmüz boğazı dünya enerji daşımaları üçün kritik əhəmiyyət daşıyır və İran burada öz dəniz fəaliyyətini yeni, daha geniş strateji konsepsiya ilə davam etdirir.
15:27 12.05.2026
Oxunuş sayı: 46