Pakistanda bazarda partlayış baş verib
Pakistanin şimal-qərbində yerləşən Lakki Marvatdə bazarda baş verən partlayış nəticəsində azı 7 nəfər həyatını itirib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı "Reuters" yayıb.
Hadisə Xayber Paxtunxva əyalətində qeydə alınıb.
Məlumata görə, ölənlərdən 2-si polis əməkdaşı, 5-i isə mülki şəxsdir.
Hadisənin səbəbi ilə bağlı rəsmi istintaq aparılır, partlayışın mahiyyəti barədə hələlik əlavə məlumat açıqlanmayıb.
14:58 12.05.2026
Oxunuş sayı: 54