Almaniya Türkiyənin “Yıldırımhan” və “Tayfun Blok 4” raketləri ilə maraqlanır
Almaniya Türkiyədən “Yıldırımhan” qitələrarası ballistik raketi və “Tayfun Blok 4” hipersəs ballistik raketi ilə maraqlanır və onların alınması ilə bağlı planlar hazırlayır.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı "Die Welt" nəşri yayıb.
Məlumata görə, bu məsələ NATO-nun iyulda Ankarada keçiriləcək sammitində gündəmə gətirilə bilər.
Türkiyənin “Yıldırımhan” raketi ilk dəfə SAHA 2026 sərgisində təqdim olunub və 6000 kilometrədək mənzilə malik qitələrarası ballistik raket kimi göstərilib.
“Tayfun Blok 4” isə IDEF 2025 sərgisində nümayiş etdirilib və 1500 kilometrdən çox məsafəni vura bilən hipersəs ballistik raket kimi təqdim olunur.
13:26 12.05.2026
Oxunuş sayı: 50