Növbəti köç karvanları Xocavənd şəhərinə çatıb - YENİLƏNİB
Xocavənd şəhəri, eyni adlı kənd və Qırmızı Bazara yola salınan 18 ailədən ibarət növbəti köç karvanları rayon mərkəzinə çatıb.
Crossmedia.az xəbər verir ki, qeyd olunan yaşayış məntəqələrinə qayıdan sakinlər ölkənin müxtəlif yerlərində məskunlaşmış ailələrdir.
13:17
Növbəti köç karvanı Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocavənd kəndinə yola düşüb.
Crossmedia.az xəbər verir ki, köçürülən ailələr indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər olub.
Bu mərhələdə Xocavənd şəhərinə 6 ailə olmaqla 24 nəfər, Qırmızı Bazar qəsəbəsinə 6 ailə olmaqla 24 nəfər, Xocavənd kəndinə isə 6 ailə olmaqla 20 nəfər köçürülür.
14:10 12.05.2026
Oxunuş sayı: 57