Türkiyə yeni zərbə dronunu ictimaiyyətə tanıdıb
Türkiyə yeni uzun mənzilli kamikadze dron sistemi “KUZGUN”u təqdim edib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Sistem STM tərəfindən hazırlanıb və ucuz, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş uzunmənzilli zərbə dronu kimi təqdim olunur.
Məlumata görə, “KUZGUN” xüsusilə düşmənin hava hücumundan müdafiə sistemlərini zəiflətmək və “saturation” (doydurma) taktikasında istifadə üçün planlaşdırılıb. Bu isə müasir dron müharibələrində Türkiyənin imkanlarını daha da genişləndirir.
Sistemin texniki göstəriciləri isə təhlükəsizlik səbəbilə açıqlanmır.
16:14 11.05.2026
Oxunuş sayı: 53