Taylandda yarasalarda yeni koronavirus ştammı aşkar edilib
Taylandda yarasalarda yeni koronavirus ştammı aşkar edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
Rəqəmsal İqtisadiyyat və Cəmiyyət Nazirliyi (Tayland)nin məlumatına görə, indiyədək insanlar arasında yoluxma qeydə alınmayıb.
Bildirilib ki, yeni aşkar edilən ştamm COVID-19 ilə müqayisədə daha az patogen və daha zəif yoluxucudur. Həmçinin mövcud koronavirus peyvəndlərinin bu ştamm qarşısında effektivliyini saxladığı qeyd olunub.
Rəsmi qurumlar epidemiyanın yayılma riskinin aşağı olduğunu vurğulayıb.
15:52 11.05.2026
Oxunuş sayı: 66