Türkiyə Avropanın əsas hərbi gücünə çevrilir
Britaniyanın Chatham House beyin mərkəzinin tədqiqatçısı Timoti Aş Avropanın təhlükəsizlik vəziyyəti ilə bağlı diqqətçəkən açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, hazırkı Avropa təhlükəsizlik böhranı fonunda Türkiyə regionda əhəmiyyətli hərbi heyətə və real gücə malik yeganə Avropa ölkəsi olaraq qalır.
Aşın sözlərinə görə, Türkiyə artıq bəzi sahələrdə Avropadan asılılığını azaldıb, əksinə, Avropa Türkiyənin strateji rolunu daha ciddi qəbul etməlidir.
O vurğulayıb ki, Brüssel Ankaraya daha dərin Gömrük İttifaqı və hətta Avropa İttifaqı üzvlüyünə daha real yanaşma kimi addımlar təklif etməlidir.
“Türkiyə Aİ-də ikinci ən güclü ölkəyə çevrilə bilər,” – deyə Aş bildirib və əlavə edib ki, Avropa həm siyasi münasibətlərdə, həm də yanaşmada Türkiyəyə qarşı daha açıq və praqmatik olmalıdır.
Tədqiqatçı, həmçinin qeyd edib ki, Türkiyə öz strateji imkanlarının tam miqyasını hələ də tam dərk etməsə də, artıq Avropa ilə münasibətlərdə ciddi üstünlüyə sahibdir.
15:44 11.05.2026
Oxunuş sayı: 44