Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır
Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas xarici işlər nazirlərinin toplantısına gələrkən Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar hazırladığını bildirib.
Crossmedia.az xəbər verir ki, Kallasın sözlərinə görə, yeni sanksiyalar Ukraynanın döyüş zonasından uşaqların təxliyəsi ilə bağlı tətbiq olunacaq və bir sıra şəxslərin Aİ-yə girişinə qadağa qoyulması, eləcə də aktivlərinin dondurulması nəzərdə tutulur.
O həmçinin qeyd edib ki, Gerhard Şröderin Rusiya ilə danışıqlar aparmaq üçün mümkün namizədliyi “Rusiya şirkətləri üçün tanınmış lobbiçi” olması səbəbindən istisna edilib.
Kallas əlavə edib ki, Aİ-nin Rusiya ilə danışıqlara dair müzakirələri may ayının sonunda keçiriləcək.
15:09 11.05.2026
Oxunuş sayı: 44