Tramp Lukaşenkoya təşəkkür edib
ABŞ prezidenti Donald Tramp Belarus və Rusiyada saxlanılan üç Polşa və iki Moldova vətəndaşının azad edildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
O bildirib ki, bu proses ABŞ-nin xüsusi prezident nümayəndəsi Con Coalin iştirakı ilə həyata keçirilib.
Trampın sözlərinə görə, Polşa prezidenti Karol Navroçki ötən ilin sentyabrında ondan belarus həbsxanasında saxlanılan Andrzej Poçonutun azad olunmasına kömək etməsini istəyib.
ABŞ lideri qeyd edib ki, Poçobut artıq azaddır və buna görə Alexander Lukashenkoya əməkdaşlığa görə təşəkkür edib.

08:40 11.05.2026
Oxunuş sayı: 52