Türkiyə 1000 km mənzilli yeni pilotsuz uçuş aparatını təqdim edib
Türkiyənin STM şirkəti yeni pilotsuz uçuş aparatı təqdim edib.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Məlumata görə, “Kuzgun” adlı yeni sistem təxminən 1000 kilometr məsafəyə qədər hədəfləri vurmaq imkanına malikdir. Belə ki, Kuzgun müasir texnologiyalarla təchiz olunub və uzaq məsafəli zərbə qabiliyyəti ilə diqqət çəkir.
Yeni sistemin pilotsuz uçuş aparatları sahəsində Türkiyənin müdafiə sənayesində imkanlarını daha da genişləndirəcəyi bildirilir.
06:32 11.05.2026
Oxunuş sayı: 55