Premyer Liqa: XXXI turun son oyun günündə "Turan Tovuz" və "Neftçi" komandaları meydana çıxacaq
Bu gün Misli Premyer Liqasında XXXI tura iki oyunla yekun vurulacaq.
Crossmedia.az xəbər verir ki, günün ilk matçında avrokuboku rəsmiləşdirməyin bir addımlığında olan "Turan Tovuz"la autsayder "Karvan-Yevlax" üz-üzə gələcək.
Tovuz şəhər stadionunda baş tutacaq qarşılaşma saat 17:00-da başlayacaq.
Tura "Neftçi" - "Şamaxı" görüşü ilə yekun vurulacaq. Oyun "Palms Sports Arena"da, saat 19:30-da start götürəcək.
"Turan Tovuz" 56 xalla üçüncü, "Neftçi" isə 50 xalla dördüncü sırada yer alıb. 35 xala malik "Şamaxı" səkkizinci sırada qərarlaşıb. "Karvan-Yevlax" isə 14 xalla sonuncu - onikincidir.
Misli Premyer Liqası
XXXI tur, III dövrə
10 may
17:00. "Turan Tovuz" – "Karvan-Yevlax"
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, Niyaz Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Namik Hüseynov
Hakim-inspektor: Əmrah İbrahimov
Tovuz şəhər stadionu
19:30. "Neftçi" – "Şamaxı"
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Rövşən Rəcəbov
VAR: Rəşad Əhmədov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Asim Xudiyev
"Palms Sports Arena"
Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Kəpəz" "Sabah"ı (1:0), "Sumqayıt" isə "Araz-Naxçıvan"ı (2:1) məğlub edib. "Qəbələ" -"Qarabağ" matçında 1:1 hesabı qeydə alınıb. "İmişli" - "Zirə" görüşü isə qolsuz bərabərliklə başa çatıb.
09:40 10.05.2026
Oxunuş sayı: 57