Uşaqlar üçün “Musiqili Nağıl Saatı” proqramı təqdim olunub
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında uşaqlar üçün “Musiqili Nağıl Saatı” adlı proqram təqdim olunub.
Crossmedia.az xəbər verir ki, Dövlət Mahnı Teatrının kiçik zalında balaca tamaşaçılar üçün Səməd Behrənginin məşhur “Balaca Qara Balıq” hekayəsi əsasında hazırlanmış nağıl-musiqili teatral tamaşa nümayiş olunub. Hüseynağa Aslanovun təqdimatında baş tutan tədbirdə gənc aktyorlar Qəzənfər Musabəyov, Xədicə Məhərrəmova və Ayla Rüstəm maraqlı aktyor oyunu və əl kuklaları ilə nağıl qəhrəmanlarını canlandıraraq uşaqlara maraqlı anlar yaşadıblar. Fortepianoda Əli Cəfərzadənin müşayiətilə təqdim olunan proqram balacaları “Balaca Qara Balıq” hekayəsinin sehrli dünyasına aparıb.
“Musiqili Nağıl Saatı” layihəsi uşaqların musiqi zövqünü inkişaf etdirmək və onların asudə vaxtını maraqlı şəkildə təşkil etmək məqsədi daşıyır.
13:50 09.05.2026
Oxunuş sayı: 49