İran XİN: ABŞ tanker hücumları ilə atəşkəsi pozdu
İran Xarici İşlər Nazirliyi ABŞ qüvvələrinin Hörmüz boğazı və Cask limanı yaxınlığında İran neft tankerlərinə qarşı həyata keçirdiyi hücumlarla bağlı sərt bəyanat yayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirliyin açıqlamasında bildirilir ki, cümə axşamı və cümə səhəri baş verən hücumlar zamanı iki İran neft tankeri və bir neçə sahil ərazisinin hədəfə alındığı iddia olunur. Tehran bu hadisələrə İran Silahlı Qüvvələrinin güclü cavab verdiyini və hücum edən tərəfin məqsədinə çata bilmədiyini açıqlayıb.
İran XİN bu addımları 10 aprel tarixli atəşkəs razılaşmasının açıq şəkildə pozulması kimi qiymətləndirib. Bəyanatda qeyd olunur ki, bu cür hərəkətlər BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə ziddir və BMT Baş Assambleyasının 3314 saylı qətnaməsinə əsasən “təcavüz aktı” hesab olunur.
Tehran həmçinin ABŞ-ni özünün yaratdığı böhrandan çıxış yolu tapmaqda çətinlik çəkməkdə ittiham edib və BMT-ni Vaşinqtonun addımlarına biganə qalmamağa çağırıb.
17:30 08.05.2026
Oxunuş sayı: 43