Zatulin Paşinyanı “Rusiyanın düşməni” adlandırıb
Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin Ermənistanın baş naziri Nikol Paşinyanı kəskin tənqid edib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Zatulin bildirib ki, Paşinyan “anti-Rusiya mövqeyini gizlətmir” və Moskva ilə münasibətlərin zəiflədilməsi istiqamətində siyasət yürüdür.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyi KTMT və Avrasiya İttifaqından uzaqlaşmaq, eləcə də Gümrüdə yerləşən Rusiya hərbi bazasının çıxarılması kimi addımları gündəmdə saxlayır.
Deputat həmçinin iddia edib ki, 2022-ci ildən sonra Ermənistan hakimiyyəti Qərbə inteqrasiya istiqamətində daha fəal siyasət aparmağa başlayıb.
Zatulin qeyd edib ki, Paşinyan seçkilərdə qalib gələrsə, Moskva nəticələri tanımamalıdır.
17:21 08.05.2026
Oxunuş sayı: 25