Azərbaycanın çimərlik güləşçiləri Viyetnamda Dünya Seriyasının ilk mərhələsinə qatılır
Azərbaycanın çimərlik güləşçiləri mayın 9-10-da Vyetnamın Dananq şəhərində böyüklər arasında Dünya Seriyasının ilk mərhələsində iştirak edəcəklər.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, kişilərin yarışında 4 çəki üzrə 14 ölkədən 40 idmançnın iştirakı nəzərdə tutulur.
Baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Dünya Seriyasında Azərbaycanı Rübail İbrahimli (70 kq), Vüsal Əliyev, Sahib Dadaşov (hər ikisi 80 kq) və Əşrəf Aşırov (90 kq) təmsil edəcək.
Sabah qrup mərhələsinin ilk 2 turu baş tutacaq. Növbəti gün isə sonuncu tur, yarımfinal və medal görüşləri keçiriləcək.
15:05 08.05.2026
Oxunuş sayı: 34