Azərbaycan Premyer Liqasında XXXI tur bu gün başlayır
Misli Premyer Liqasında XXXI tura bu gün start veriləcək.
Crossmedia.az -ın məlumatına görə, birinci oyun günündə iki matç keçiriləcək.
Turun açılış matçında "İmişli" "Zirə"ni qəbul edəcək. Qarşılaşma Quba Olimpiya İdman Kompleksində, saat 16:30-da başlayacaq.
Günün ikinci görüşündə çempionluğunu rəsmiləşdirən "Sabah" "Kəpəz"i sınağa çəkəcək. "Bank Respublika Arena"dakı oyuna saat 19:30-da start veriləcək.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında tura mayın 10-da yekun vurulacaq.
09:22 08.05.2026
Oxunuş sayı: 46