Akif İslamzadə xəstəxanaya yerləşdirildi
Xalq artisti Akif İslamzadə Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.
Crossmedia.az xəbər verir ki bu barədə Xalq artistinin oğlu Ayxan İslamzadə məlumat verib.
O bildirib ki, atası yarım saat əvvəl ürək əməliyyatı keçirib: “Atamın ürəyinə stent qoyulub. Hazırda xəstəxananın reanimasiya şöbəsindədir. Bu gün qəfil vəziyyəti pisləşdi və təcili yardımla xəstəxanaya yerləşdirildi”.
Qeyd edək ki, Akif İslamzadənin 77 yaşı var.(Teleqraf)
09:11 08.05.2026
Oxunuş sayı: 52