Sosium

Hərbi xidmətə çağırış yaşı aşağı endirilir - ŞƏRH

Azərbaycan Respublikasında hərbi xidmətə çağırışla bağlı qanunvericilikdə mühüm dəyişikliklər həyata keçirilir. Bu dəyişikliklər çərçivəsində hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35-dən 30-a endirilməsi nəzərdə tutulur. Yeni qərarın məqsədi orduya çağırış prosesini daha səmərəli etmək və ölkənin müdafiə qabiliyyətini gücləndirməkdir.

Mövzu ilə bağlı hərbi ekspert Emin Həsənli Crossmedia.az-a açıqlamasında bildirib: “Bütün sahələrdə olduğu kimi hərbi qanunvericilik sferasında da islahatlar hər dövrə uyğun qəbul edilir. Artıq Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin edib. Vətəndaşların sayı on milyondan artıqdır. O vaxt bu qərar qəbul ediləndə Azərbaycan vətəndaşlarının sayı  az idi. Həmçinin torpaqlarımız işğal edilmişdi. Bu səbəbdən qanun keçmiş dövr üçün ordudan yayınma hallarının qarşısını almaq məqsədi ilə aktual idi. Lakin Vətən müharibəsi nəticəsində məlum oldu ki, yaşından asılı olmayaraq Azərbaycan gəncləri könüllü olaraq müharibəyə getməyə hazır vəziyyətdədir. Artıq bu islahatlar müəyyən istiqamətlərdə davam edəcəkdir”.

Ekspertin sözlərinə görə, “Ehtimal olunur ki, gələcəkdə hərbi çağırış ildə dörd dəfədən iki dəfəyə endirilsin və bu istiqamətdə islahatlar aparılsın. Belə ki, 30 yaş həddinin bir müddət sonra 27 yaşa endirilməsi gözlənilir. Hesab edirəm ki, bu cür addımlar atılanda Azərbaycan dövləti bütün istiqamətlər üzrə təhlillər və analizlər aparır. Aidiyyatı qurumların və ekspertlərin rəyləri alınır. Eyni zamanda mövcud şərait və insan resursları tam öyrənilir. Keçən dövrdə bu istiqamətdə verilən qərarlar, aparılan islahatlar qələbədə çox mühüm rol oynadı”.

Fidan Hacızadə

06:18 14.12.2024

Oxunuş sayı: 9857

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR