Azərbaycan 16 yaşadək qızlardan ibarət millisi UEFA İnkişaf Turnirində ilk oyununa çıxır
16 yaşadək qızlardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ilk oyununa çıxacaq.
Crossmedia.az xəbər verir ki, komanda Litvanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.
Binə stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
Xatırladaq ki, U-16 mayın 8-də, eyni saatda Rumıniya, 11-də saat 12:00-da isə Gürcüstanla üz-üzə gələcək.
10:33 06.05.2026
Oxunuş sayı: 60