Qazaxıstan sərhədində pilotsuz təyyarə qəzası baş verib
Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Qazaxıstanın Orsk sərhədi yaxınlığında qəzaya uğrayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata əsasən, dron Alimbetovka kəndi yaxınlığında yerə düşüb. Hadisədən sonra ərazi təhlükəsizlik məqsədilə mühasirəyə alınıb.
Qazaxıstan hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunaraq araşdırmalara başlayıblar. Hadisənin səbəbləri ilə bağlı rəsmi açıqlama verilməyib.
13:43 29.04.2026
Oxunuş sayı: 49