Qəzzada kritik xəbərdarlıq: Oksigen zavodu dayanma həddində
Qəzza Səhiyyə Nazirliyi Qəzza və Şimali Qəzza bölgələrində fəaliyyət göstərən yeganə oksigen istehsal zavodunun dayanma təhlükəsi ilə bağlı xəbərdarlıq yayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirliyin məlumatına görə, bu zavod xəstəxanaların və xroniki xəstəliklərdən əziyyət çəkən pasiyentlərin əsas oksigen təminat mənbəyidir, həmçinin səhiyyə sektorunda fəaliyyət göstərən təşkilatların tibbi ehtiyaclarını qarşılayır.
Bildirilib ki, zavod yüksək yük və uzun iş saatları səbəbindən tez-tez nasazlıqlar yaşayır və alternativ oksigen mənbələrinin olmaması vəziyyəti daha da kritik edir. Bu halın tibbi oksigen təchizatında fasilələrə və xəstələrin həyatının təhlükəyə düşməsinə səbəb ola biləcəyi qeyd olunur.
Səhiyyə Nazirliyi vəziyyətin xəstəxanalarda artan oksigen tələbatı fonunda humanitar böhrana çevrilə biləcəyini bildirərək beynəlxalq təşkilatları və müvafiq qurumları təcili müdaxiləyə çağırıb.
13:04 29.04.2026
Oxunuş sayı: 39