Bakıda Dünya Şəhər Forumuna 23 mindən çox iştirakçı qeydiyyatdan keçib
Bakıda keçiriləcək Dünya Şəhər Forumu (WUF13) üçün böyük maraq qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, forumda iştirak etmək üçün 175 ölkədən ümumilikdə 23 350 nəfər qeydiyyatdan keçib.
Forum çərçivəsində şəhərsalma, davamlı inkişaf və qlobal urbanizasiya problemlərinin müzakirə olunacağı bildirilir. Rəsmilər bu göstəricini tədbirin beynəlxalq əhəmiyyətinin yüksək olmasının sübutu kimi dəyərləndirirlər.
13:50 29.04.2026
Oxunuş sayı: 49