Azərbaycan və Niderland arasında siyasi məsləhətləşmələr aparılacaq
Bu il Azərbaycan ilə Niderland arasında Haaqada siyasi məsləhətləşmələrin keçirilməsi planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı səfiri Mariann de Yonq Kral günü münasibətilə Bakıda keçirdiyi brifinqdə danışıb.
“Hazırda onların keçirilməsi üçün tarix müəyyənləşdirilməkdədir. Böyük ehtimalla, məsləhətləşmələr yaydan sonra baş tutacaq, lakin son tarix hələ təsdiqlənməyib. Bu, çox müsbət göstəricidir və ölkələrimiz arasında əvvəlki məsləhətləşmələrin məntiqi davamıdır. Bu dəfə onlar Haaqada keçiriləcək”, – deyə o bildirib.
Diplomat qeyd edib ki, hər iki ölkənin xarici işlər nazirlikləri də sıx əlaqələri davam etdirir.
“İşçi səviyyədə Azərbaycanın Haaqadakı səfiri ilə sıx əməkdaşlıq mövcuddur. Bundan əlavə, nazirliklər səviyyəsində də fəal təmaslar davam etdirilir”, - deyə de Yonq vurğulayıb.
11:20 29.04.2026
Oxunuş sayı: 47