Trampdan İrana yeni strategiya: Uzunmüddətli blokada planı gündəmdə
ABŞ Prezidenti Donald Tramp İrana qarşı iqtisadi təzyiqləri gücləndirmək üçün uzunmüddətli blokada ssenarisini nəzərdən keçirir.
Crossmedia.az bu barədə "The Wall Street Journal"a istinadən xəbər verir.
Məlumata əsasən, Ağ Ev müşavirlərinə İran iqtisadiyyatını zəiflətmək məqsədilə dəniz və iqtisadi məhdudiyyətlərin genişləndirilməsi üzrə plan hazırlamaq tapşırılıb.
Bildirilir ki, Tramp bombardmanın bərpasını və ya münaqişədən tam çəkilməni daha riskli variant hesab edir və blokada strategiyasını daha üstün görür.
13:30 29.04.2026
Oxunuş sayı: 40