Diasporla İş üzrə Dövlət Komitəsi 14-cü Karyera sərgisində təmsil olunub
Aprelin 24-də ADA Universitetində 14-cü Karyera sərgisi keçirilib. Sərgidə müxtəlif sahələrdən ümumilikdə 150 qurum iştirak edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla iş üzrə dövlət komissiyası məlumat yayıb.
Sərgidə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi də təmsil olunub.
Komitə əməkdaşları tədbir iştirakçılarına qurumun fəaliyyəti, diaspor siyasətinin əsas istiqamətləri, eyni zamanda mövcud karyera imkanları və əməkdaşlıq perspektivləri barədə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.
12:16 29.04.2026
Oxunuş sayı: 41