Paşinyan: Konstitusiya münaqişə riskini artıra bilər
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiyası ilə bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, əgər yeni Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad saxlanılarsa, bu, Qarabağ hərəkatının davamı kimi qəbul oluna bilər.
Paşinyanın sözlərinə görə, bu hal Azərbaycanla münaqişənin yenilənməsi anlamına gələ bilər və belə vəziyyət sülhün əldə olunmasını çətinləşdirər.
12:55 21.04.2026
Oxunuş sayı: 53