Trampdan İrana sərt ultimatum: Son şansdır
ABŞ prezidenti Donald Tramp İrana dair sərt açıqlamalar verib.
Crossmedia.az bu barədə xəbər verir ki, Tramp “Fox News” telekanalına müsahibəsində deyib.
O bildirib ki, əgər İran razılaşmanı imzalamasa, “ölkənin külü göyə sovrulacaq”. Trampın sözlərinə görə, mümkün əməliyyatlar çərçivəsində körpülər və nüvə obyektləri hədəfə alına bilər.
ABŞ tərəfinin danışıqlar üçün xüsusi nümayəndələri Stiv Uitkoff və Cered Kuşner İslamabada səfər edəcəklər.
Tramp əlavə edib ki, həftənin ikinci və ya üçüncü günü keçiriləcək mümkün danışıqlar İrana verilən “sonuncu şans” olacaq.
11:37 21.04.2026
Oxunuş sayı: 50