Ermənistanda Serj Sarkisyanla bağlı torpaq sövdələşməsi ləğv edilib
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan ilə bağlı daha bir torpaq alqı-satqı sövdələşməsi məhkəmə tərəfindən etibarsız elan olunub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi 2005-ci ildə Yerevanda, Malatiya-Sebastiya rayonunda yerləşən 1.4514 hektarlıq torpaq sahəsinə dair bağlanmış müqaviləni ləğv edib.
Qərara əsasən, həmin sövdələşmə üzrə təxminən 800 min ABŞ dolları Ermənistan dövlətinin xeyrinə müsadirə ediləcək.
Qeyd olunur ki, bundan əvvəl də oxşar iş üzrə təxminən 205 min dolların dövlətə qaytarılması barədə qərar qəbul edilib.
11:16 21.04.2026
Oxunuş sayı: 45