Ukraynaya görə Almaniya ilə Rusiya arasında münasibətlər gərginləşir
Ukrayna üçün dron istehsalçıları haqqında məlumatların dərc olunmasından sonra Almaniya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Nazirlik bildirib ki, Moskvanın Almaniyadakı hədəflərə qarşı birbaşa təhdidləri Ukraynaya dəstəyi zəiflətmək cəhdi kimi qiymətləndirilir.
"Cavabımız aydındır: özümüzü qorxutmağa imkan verməyəcəyik. Bu cür təhdidlər və Almaniyada hər hansı casusluq fəaliyyəti tamamilə qəbuledilməzdir."
22:52 20.04.2026
Oxunuş sayı: 54