Pezeşkian: ABŞ İranın təslim olmasını istəyir
ABŞ-nin davranışı onların İranın təslim olmasını istədiyini göstərir.
Crossmedia.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.
Pezeşkian qeyd edib ki, razılaşmalara riayət etmək istənilən dialoq üçün vacib şərtdir:
"Lakin, İranda ABŞ hakimiyyətinin hərəkətlərinə qarşı yaranan dərin inamsızlığa əlavə olaraq, son günlərdə gördüyümüz kimi, onların səmərəsiz və ziddiyyətli yanaşması məyusedici bir mesaj göndərir: onlar İranın təslim olmasını istəyirlər.
Ancaq İran xalqı heç vaxt özləri ilə güc dilində danışılmasına icazə verməyəcək".
21:20 20.04.2026
Oxunuş sayı: 61