İran böhranı uzun çəkəcək
İranla bağlı böhran qlobal siyasətdə aylarla, hətta illərlə əsas gündəm mövzularından biri olaraq qalacaq.
Crossmedia.az bu barədə "Politico" nəşrinə istinadən xəbər verir.
Avropa, Asiya və Afrika ölkələri mümkün uzunmüddətli enerji şoklarına hazırlaşır. Bu vəziyyətin təyyarə yanacağı çatışmazlığı, ərzaq qıtlığı və inflyasiyanın artması ilə müşayiət oluna biləcəyi bildirilir.
Məqalədə qeyd olunur ki, vəziyyətin qısa müddətdə normallaşacağına dair nikbin gözləntilər artıq zəifləyib.
Eyni zamanda, bir sıra ölkələrdə hökumətlər yanacaq səmərəliliyinin artırılması, məsafədən iş rejiminin genişləndirilməsi, ictimai nəqliyyatdan istifadənin təşviqi və bərpa olunan enerji sahəsinə investisiyaların artırılması kimi tədbirlərə üstünlük verməyə başlayıb.
18:05 20.04.2026
Oxunuş sayı: 56