Tehranın hava limanları fəaliyyətini bərpa edib
İranın paytaxtı Tehran şəhərində yerləşən hava limanları fəaliyyətini yenidən bərpa edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Mehrabad Beynəlxalq Hava Limanı və İmam Xomeyni Beynəlxalq Hava Limanı üzrə uçuşlar yenidən həyata keçirilməyə başlanıb.
Qeyd olunur ki, hava limanlarının fəaliyyəti təhlükəsizlik vəziyyətinin normallaşmasından sonra mərhələli şəkildə bərpa edilir və uçuş cədvəlləri tədricən qaydaya salınır.
17:50 20.04.2026
Oxunuş sayı: 48