Moskvada 40-dan çox İsrail vətəndaşı saxlanılıb
Moskvada yerləşən Domodedovo hava limanında ən azı 40 İsrail vətəndaşı saxlanılıb.
Crossmedia.az bu barədə" Mediazona"a istinadən xəbər verir.
Mənbə bildirir ki, sözügedən şəxslər təxminən beş saat ərzində su, qida və tualet imkanları olmadan gözlədilib. Dindirmə zamanı bəzi şəxslərə İranla müharibə ilə bağlı suallar ünvanlandığı və siyasi məzmunlu ifadələrin səsləndirildiyi qeyd olunur.
Saxlanılan şəxslər pozuntuların yolverilməzliyinə dair sənədləri imzaladıqdan sonra sərbəst buraxılıblar.
17:40 20.04.2026
Oxunuş sayı: 44