Ukraynanın Aİ planı sarsıldı – Marta Kosun açıqlaması gündəm oldu
Fransa və Almaniya Avropa İttifaqının büdcəsinə çıxış və tam üzvlükdən əvvəl keçirilən iclaslarda səsvermə hüququnun Ukraynaya verilməsini dəstəkləmir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri mənbələrə istinadən məlumat yayıb.
Nəşrin iddiasına görə, iki ölkə Ukraynanın Aİ institutlarında tamhüquqlu iştirakının genişlənməsinə ehtiyatla yanaşır.
Bundan əvvəl Avropa Komissiyasının komissarı Marta Kos "Bloomberg"ə açıqlamasında bildirib ki, hazırkı genişlənmə prosesi çərçivəsində Ukraynanın 2027-ci ilə qədər Aİ-yə üzv olması real görünmür.
17:10 20.04.2026
Oxunuş sayı: 48