KTMT: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması regionda sülhə yol aça bilər
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Cənubi Qafqazdakı vəziyyəti diqqətdə saxladığını və regionda davamlı sülhə ümid etdiyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Təşkilat rəsmisi Taalatbek Masadikov bildirib ki, Qafqazın kollektiv təhlükəsizlik regionunda sabitlik və sülh istiqamətində proseslər davam edir. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında hərtərəfli dövlətlərarası sülh sazişinin imzalanmasına yönəlmiş müsbət tendensiyalar müşahidə olunur.
Masadikov vurğulayıb ki, iki ölkə arasında münasibətlərin normallaşması Cənubi Qafqazda etibarlı və davamlı sülhün təmin olunması üçün əsas yol hesab olunur.
15:57 20.04.2026
Oxunuş sayı: 69