İsraildən ŞOK ETİRAF: Müharibə nəticəsiz oldu
İsrailin “Israel Hayom” nəşrində ekspert Yoav Limor ölkənin mövcud hərbi və siyasi vəziyyəti ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Crossmedia.az xəbər verir ki, o, İsrailin hərbi uğurlarına baxmayaraq strateji baxımdan hələ də həlledici nəticə əldə edə bilmədiyini bildirib.
Limorun sözlərinə görə, 900 gündən artıq davam edən müharibəyə baxmayaraq Qəzzada HƏMAS, Livanda Hizbullah mövcudluğunu qoruyur, İran isə daha da güclənə bilər. O, İsrailin getdikcə daha çox qərarları Qüdsdə deyil, Vaşinqtonda verilən dövlət kimi qəbul edildiyini vurğulayıb.
Ekspert ABŞ-dən asılılığı sərt tənqid edərək, prezident Donald Trampın Livana zərbələrlə bağlı məhdudiyyətlərini ictimai alçaldılma kimi qiymətləndirib və bunun çəkindirmə gücünə zərbə vurduğunu deyib.
Limor həmçinin İranla danışıqlarda İsrailin məqsədlərinə tam nail ola bilmədiyini, ABŞ-nin mümkün güzəştlərinin isə risk yaratdığını bildirib. Onun fikrincə, şimal cəbhəsində vəziyyət gərginləşir, Livandakı məhdudiyyətlər həm itkilərə, həm də ictimai narazılığa səbəb olur.
“Reallıqda İsrail regional gücdən çox, Amerikanın protektoratına çevrilir”, – deyə o qeyd edib.
Ekspert sonda İsrailin hazırkı strategiyasını dəyişməli olduğunu, əks halda nəticəsiz siyasətin davam edəcəyini və xarici asılılığın artacağını vurğulayıb.
14:05 20.04.2026
Oxunuş sayı: 49