Rusiya Ukraynanın hərbi obyektlərini vurdu
Rusiya Müdafiə Nazirliyi Ukrayna ərazisində hərbi əməliyyatlarla bağlı yeni açıqlama yayıb.
Crossmedia.az bu barədə xarici mediyaya istinadən xəbər verir.
Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi müdafiə sənayesi obyektlərinə və nəqliyyat infrastrukturuna qrup şəklində zərbələr endirib.
Nazirliyin məlumatına görə, hücumların əsas məqsədi Ukrayna ordusunun logistika imkanlarını zəiflətmək və hərbi potensialını azaltmaq olub. Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
13:33 20.04.2026
Oxunuş sayı: 54