Sosium

Deputat beynəlxalq forumda iştirak edib

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, millət vəkili Arzuxan Əlizadə və partiyanın beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev 3-7 dekabr tarixlərində ABŞ-da keçirilən “İDU Forum-2024”-də iştirak ediblər.

Crossmedia.az xəbər verir ki, Forumda 100-dən çox ölkədən 500-dən artıq nümayəndə, o cümlədən tanınmış siyasətçilər və ictimai xadimlər iştirak edib. Tədbirdə Donald Trampın administrasiyasının gələcək xarici siyasəti, Yaxın Şərq, Rusiya-Ukrayna müharibəsi və dünya iqtisadi münasibətləri kimi mövzular müzakirə olunub.

Arzuxan Əlizadə forum çərçivəsində bir sıra beynəlxalq siyasətçilərlə, o cümlədən Manfred Veber və David McAllisterlə görüşlər keçirib. Görüşlərdə Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, AMİP 1999-cu ildən Beynəlxalq Demokrat İttifaqının tam hüquqlu üzvüdür.

 

Nihat Tahirov

06:00 12.12.2024

Oxunuş sayı: 3683

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR