Fərid Axundov "PAŞA Bank"dan ayrılır
Fərid Axundov 1 yanvar 2025-ci il tarixindən etibarən "PAŞA Bank"ın Müşahidə Şurasından ayrılacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə, o, sosial şəbəkə hesabında paylaşım edib.
“PAŞA Bank”ın Azərbaycanda aparıcı maliyyə qurumuna çevrilməsinə şahidlik etməkdən həm peşəkar bankir, həm də bu möhtəşəm ölkənin vətəndaşı kimi qürur duyuram. Fəaliyyətimi “Bakı Fond Birjası”nın Müşahidə Şurasının sədri olaraq davam etdirəcəm” - deyə paylaşımda qeyd olunub.
06:58 11.12.2024
Oxunuş sayı: 4445