ABŞ V-22 Osprey uçuşlarını təhlükəsizlik səbəbindən dayandırıb

ABŞ Hərbi Dəniz Hava Sistemləri Komandanlığı (NAVAIR) növbəti məcburi enişdən sonra təhlükəsizlik baxımından bütün V-22 Osprey təyyarələrinin uçuşlarının müvəqqəti dayandırıldığını elan edib.
Crossmedia.az xarici KİV-ə istinadla bildirir ki, son 5 ildə Osprey proqramı təhlükəsizlik problemləri ilə üzləşir.
Qeyd edək ki, onun konstruksiyası, hər iki tərəfdən uzanan qanadları və uclarında şaquli olaraq quraşdırılan vertolyot pərvanələri də bir çox qəzalara səbəb olub. Yaponiya keçən ilin noyabrında tiltrotor təyyarələrindən birinin qəzaya uğramasından sonra Ospreyin uçuşlarını dayandırıb. Hadisə nəticəsində 8 hərbçi həlak olub.
Nəzrin Salmanova
17:57 10.12.2024
Oxunuş sayı: 27319